Resm eserleri ne qeder boyuk olursa olsun oz cerciveleri ile mehdudlasir , dunyada beledir .
Biz resm eserine niye baxiriq ?
Cercive ile mehdudlasdirilmis dar bir sahede ne cox duygu oldugunu anlamaq ucun . Bunu basa dusdukde artiq her zamankinden daha baska cur baxariq heyata , daha cox sey gormeye baslayiriq oncekine nisbeten .
Yene sorusuram . Resm eserine niye baxariq ?
Görünüşün işıq və kölgə olduğunu öyrənmək üçün . Bu , insana həyatın təbii işığı ilə kölgəsini gostermekle bitmez ; qaranlığa , işıgi ortaya çıxarma vəzifəsi verildiyini də öyrədər. İnsan şəffaflıq və parlaqlıq qədər bulanıqlıq və matlığın da dəyərini biləcək . Açıqlığı mehremiyyet ile sabitləyəcək . Özünü qaranlıqda hiss etdirən ağrı ve çətinliklərin həyatın menasi oldugunu anlayacaq .
Ve yene Biz resme ne ucun baxaciq ?
Bir hadisəyə ,insana baxabilecek nə çox məsafə və bucaq olduğunu xatırlamaq üçün . Bu , ona həyatda dayandığı yer dəyişsə , gördükləri və heyata baxisinin dəyişəcəyini öyrədəcək. Həm özünü , həm də başqalarını yenidən qiymətləndirəcək. Tərif və tənqidə daha soyuqqanlı yaxınlaşacaq.
Bir daha ! Resme ne ucun baxiriq ?
Rəssamlara hörmət üçün . O ki , rəsmləri minlərlə fırça zərbəsi ilə döyər və ya sevərkən , şəkilin bitmiş halını görürdü. Biz ki şəkilə onun qədər yaxın baxdığımızda heç bir şey görə bilmirik. Bütünü , bitmiş görə bilmək üçün uzaqlaşmagimız lazımdır. "Tələsik qərar vermə! Yaşadığın hadisənin hamısını səbirlə gözlə ! " mesaji çıxır buradan. Sebr et , biraz uzaqlas , ve basini qaldirib bir daha bax bes indi ne gorursen ? her sey tamam ayri bucaqdan gorunecek...
O qeder cavabi varki bu sualin sorusmaq lazimdir Resme ne ucun baxiriq ?
İnsanlara mərhəmət etmək üçün . Canlı cansız hər şey , çox qüvvətli bir maqnit kimi rəssamı özünə çəkir; gör meni , çek məni , təqlid et , içinə al məni , dəyişdir, yüklə, çıxart , çoxalt məni deyir. Əgər bizim kimi adi insanlar , inceliye açiq bir ürəyin rənglər və formaların mükəmməlliyi qarşısında necə çarpa biləcəyini anlasa real həyata bu qeder eqoist davrana bilməz.
Resme ne ucun baxariq axi ?
Özümuzü yetişdirmək üçün . Tek bir resm qarşısında yarım saat keçir , Onu ele anlaki , derinliyinde bogulmaqdan qorxma, artıq dünyaya öz rəssam gözlərinlə baxa bilersen . Sənin şəkillərin zehinində hereket etsin , dayanmadan bir gözəllik - bir tarazlıq - bir harmoniya axtar . Dusunduklerin , resme cekilmesin , burax gah əlindən gah dilindən cekilsin həyata . Yazdigin yaziya , mualice etdiyin xesteye, ders oyretdiyin sagirde , qaygi gosterdiyin yetime , merhemet etdiyin heyvanlara cekilsin dusuncelerin bu bir resm eseri deyilmi sanirsan ? ... Və təbii ki qurduğun süfrəyə , seçdiyin geyimə ve hətta etdiyin duaya ...
Özünü görmək üçün . Sən də bir şəkilsen ! Kimsə səni çəkib renglemesede heyatda , hər anın bir dərin şəkildir , bütün anlarını əhatə edən nəhəng bir şəkildir. Unutma , bu dünyadakı resmin tamamlandığında Allahin qarsisinda özünü necə resm etdiyinin hesabını verəcəksən.
Bu defeki yazi cox derin menalidir, bir cox mena cixa biler hettda . Bunun ucunde bir addim uzaqlasin , sebr edin ve bir daha oxuyun :)
Son defe ! Resme ne ucun baxiriq ?
Paylasdigim bu resimlerin cox gozel tarixi , menalari vardir arasdirsaniz pesman olmarsiniz .
Hiç yorum yok:
Yorum Gönder