Anamı sevirəm..çünki buna layiq olacaq yüzlərlə səbəbi var..qarşılıqsız sevgi,mərhəmət,qayğı..
Atamı sevirəm..çünki bilirəm ki,bütün həyatını ailəsinə sərf edib..və nə qədər hirslənsə də,qışqırsa da onu başa düşmək olar..
Qardaşımı sevirəm,çünki nə olur olsun məni qoruyacağına əminəm..və məni çox sevdiyinə..
Bacımı sevirəm..çünki bilirəm ki,anamdan sonra məni ən yaxşı o başa düşür..
Yaxın dostlarımı sevirəm,çünki nə qədər dalaşsaq da,onlarla keçirdiyim xoş dəqiqələr öz doğmalığını itirmir..və dərk edirəm ki,kiçik problemlərə görə bu xoş anları bitirməyə dəyməz..
Qalan insanlar isə ikinci plandadır..tanışlar..qohumlar..qonşular və digərləri..kin saxlamağı sevmirəm..
Amma sevmədiyim insanlar da var,bəli..məsələn,qiybət edən və yalan danışan insanları sevmirəm..çünki mənə özümü xatırladırlar..Məni sevmədiyindən əmin olduğum bir insanın üzümə baxıb zorla gülümsədiyini görməkdən zəhləm gedir..çünki,bunun nə qədər bezdirici olduğunu özümdən bilirəm..biri mənim yanımda bir başqasını ələ salıb güləndə əsəbləşirəm..çünki bunu özüm də çox etmişəm..düz olmadığını bilə bilə etmişəm həm də..
Dostlar arasında danışarkən özümü ağıllı göstərib qınamağın,arxada danışmağın,ələ salmağın nə qədər pis bir şey olduğunu dediyim vaxtları unuduram hərdən..ən pis insan olmaqdan çəkinmirəm..bizim əsas dərdimiz budur əslində özümüzdə olan şeyləri digərlərində görüb əsəbləşirik biz..hirsimiz onlara yox özümüzə olur..nə qədər düzəltməyə çalışsaq da xarakterimiz heç vaxt dəyişmir..
Sadəcə hərdən iradəli olub pis xüsusiyyətlərimizi gizlətməyi bacarırıq..sizə dəlilik kimi gələ bilər,amma hərdən istəyirəm belə insanlarla daha çox qarşılaşım..çünki belə olanda özümü daha çox xatırlayıram..hər gün güzgüyə baxıb özümü,saçlarımı,üst başımı qaydaya salmaq kimi..
Bu yazini Facebookda sehifelerin birinde gordum ve hiss etdim :D deyeceksizki sende her yazini hiss edirsen ) amma cox yaxin geldi mene Duzdur Mesudeni tanimiram amma Tesekkur edirem yazi ucun :)
1 yorum:
Harrah's Resort Atlantic City - Mapyro
Find the best hotels near Harrah's Resort Atlantic 논산 출장마사지 City, NJ 대전광역 출장안마 in 김포 출장안마 realtime and see 의왕 출장샵 activity. Zoom in or zoom in real-time 경상남도 출장샵 to see activity,
Yorum Gönder