8 Nisan 2014 Salı

İslamda Hamilə Qadın , Hamilə Xanımlar üçün Hicab Kombinləri

Hz. İmam Sadiq (a.s)  bele buyurmusdur : "Saleh bir ovlad sahibi olmaq insanin saedetidir ."
"Biz insana ata anasına yaxşılıq etməyi tövsiyə etdik.Anası onu(bətnində)cox zəif bir halda daşimişdır.Uşağın süddən kəsilməsi isə iki il ərzində olur.Mənə və ata-anana şükür et.Axır dönüş Mənədir"
Peyğəmbərimiz(s.a.v)belə buyurub:
 "CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR".
Görürsünüzmü,müqəddəs dinimiz analara nə yüksək dərəcə əta edib?! Əbədi axirət səadəti,ölümsüz bir həyata qovuşmaq arzusunda olan şəxslər,necə illik ibadətlərinin savabını ana haqqında riayətdə səhlənkarliq etməklə,əldən verməməlidirlər.

Əziz xanımlar,bizim kişilərdən nə qədər şanslı olduğumuzu bilirsinizmi? Bilirdinizmi ki,hamilə və uşaq doğan qadına Allah necə "güzəşt"lər edir?
Həzrət Məhəmməd (s.ə.s) həyat yoldaşı Ümmü Sələməyə buyurub: "Hamilə qadın gündüz oruc tutub, gecələri isə səhərə qədər ibadət edən şəxs kimidir. O canını , malını İslam yolunda bağışlayan əsgər kimidir. Qadın övladını dünyaya gətirdiyi zaman ona o qədər savab verilər ki ,bunu Allahdan başqa heç kim bilməz".
Əgər o, körpəsinə öz döşündən süd verərsə, körpənin hər sormağına İsmayıl peyğəmbərin nəslindən bir nəfəri azad etmiş şəxsin savabı verilər.Elə ki, körpənin süd əmmək dövrü başa çatdı, mələklərdən biri əlini ananın çiyninə qoyaraq deyər: "Əməlini yenidən başla. Çünki sənin bütün günahların bağışlandı". 
Bəs bilirsinizmi ki,ana doğuş zamanı dünyasını dəyişsə cənnətə düşər?Hamilə qadını incidənlərə böyük günah yazılar.Əsla qarnında uşaq gəzdirən ananı incitməyin.Hamilənin gözündən axan hər damla üçün o dünyada cavab verəcəksiniz!Həmçinin üç qız övladını böyüdüb boya-başa çatdıran valideynlərin yeri cənnətdir.






















Hiç yorum yok:



blogger template by lovebird