30 Aprel 2009, 09:30!
ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
hadise neticesinde -
1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən
12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü
Öldürülüb
Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,
Tələbələr
İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu
Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.
Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.
Allah rehmet etsin ailelerine sebr versin ...
UNUTMAYAQ !!! PAYLASHAQ ki , Hec Kimde unutmasin !
Hiç yorum yok:
Yorum Gönder