3 Nisan 2013 Çarşamba

Xuraman Susali Hicabda

 Xuraman Şuşalı heç bir müğənninin risk edib ata bilmədiyi addımı atıb.
Bundan dolayı müğənni artıq telekanallarda başıaçıq çəkdirdiyi kliplərinin yayımına qadağa qoyub. Hətta youtube.com saytında yerləşən bütün kliplərini sildirmək niyyətindədir. Hicab geyinən Xuraman ona gələn toy təkliflərindən imtina edir.
Bundan sonra müğənni ancaq qadın məclislərində oxuyacaq.
Menim sexsi fikrim ise cox musbetdir Her adamin cureti catmazdi bunu etsin Shan sohret pul var idi bu isde,Nefsine qalib gelen,Allahi derk eden insan bele olur,Tovbede hec vaxt gec deyil,ALLLAH QEBUL etsin
.Kecen defe Facebookda sehifelerin birinde Xuraman xanimin hicabli sekili qoyulub ve altindaki serhleri oxusaniz ,,, yada hec oxumayin valla o qeder iyrenclikler ediblerki commentlerde. Profil seklinde yari cilpaq sekil cekdirten bir qiz hele comment yazib : Bele hicab olmur :) Ele mende guldum kecdim ... Vapse kimin heddinedi kimin haqqi catirki soz desin , muzakire etsin ! Bacimiza hicab cox yarasir Masallah . Tovbe etmek , dine gelmek hec vaxt gec deyil. 


 Xuraman Şuşalı bu vaxta qədər çəkdirdiyi kliplərinin yayımına qadağa qoyduqdan sonra, bir də başıaçıq şəkillərinin saytlardan yığışdırılmasını tələb etdi. Hətta müğənni kim həmin fotolardan istifadə edərsə, bunu onlara haram etdiyini söylədi. İndi də informasiya saytlarına müsahibə verməyi özünə yasaqlayıb, amma müvəqqəti.

 Xuraman bunu hicab geyiminə yeni keçməsi ilə əlaqələndirdi: “Bilirəm, hicab geyinməyim çoxları üçün gözlənilməz oldu. Amma mən bunu heç kimi təəccübləndirmək üçün deyil, Allah xatirinə geyinmişəm. Əslində, bunu çoxdan etməli idim. Sadəcə bir az cəsarətsiz idim. Amma özümə tam əmin olduqdan sonra bunu ciddi şəkildə həyata keçirdim. Əsla peşman deyiləm, əksinə, çox rahatam. Hətta bu qədər gec olduğuna hardasa üzgünəm. Amma ən düzünü bilən Allahdır. Şükr olsun”!

Söhbətin sonunda müğənni üzünü hər kəsə tutub “Nə olsun ki, müğənniyəm? Amma qadın, xanım və anayam. Buna görə də hər kəsdən xahiş edirəm, hicab geyinməyimi kimsə şouya çevirməsin. Bu, böyük günahdır. Bu səbəbdən də hələ ki, heç bir sayta, jurnala müsahibə vermək istəmirəm. İnsanların gözü alışana qədər belə davam edəcək”-deyib, hər kəsin onu anlayacağına ümid etdi.




4 yorum:

Unknown dedi ki...

yeni gelib dine imana :) Yavas yavas cox deyisilecek insallah :)

Unknown dedi ki...

Allah qebul elesin!

Adsız dedi ki...

Essalamu aleykum ve rehmetulla ve berekatu Xuraman baci.SUBHANALLAH sene hidayet verib ibadete getirib,bundan gozel hechne yoxdur bu fani dunyada.inshaallah imanin quglu olar.seni YARADANA shukr et eziz bacim.

Hicabuhu Nurun dedi ki...

geyimleri cox abardir bir az sade geyse daha yaxwi olar eminem ki vaxt kecdikce duzelecek ...AMIN...



blogger template by lovebird